Yayda anons edilmiş Mitsubishi Airtrek krossoveri Quançjouda keçirilən avtosalonda canlı olaraq nümayiş etdirilib. Xatırladaq ki, Mitsubishi şirkəti Çunçinda keçirilən avtosalonda ziyarətçilərə yeni avtomobilin yalnız videogörüntülərini göstərmişdi.Əvvəlki zamanlarda bu Yaponiyada və bir sıra ölkələrdə satılan Outlander modelinin bir variantı olsa da, yeni Airtrek modeli tam şəkildə Çindəki GAC Mitsubishi birgə müəssisəsi tərəfindən yaradılıb.

Çində debüt edən Mitsubishi Airtrek modeli Aion V krossoverinin (Aion markası GAC konserninə məxsusdur) üzü dəyişdirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Ölçülərinə görə, yeni modeli Outlander ilə müqayisə etmək olar: Airtrek modelinin uzunluğu 4630 millimetr (- 65 millimetr), eni – 1920 millimetr (+ 110 millimetr), hündürlüyü isə 1728 millimetr (+ 18 millimetr) təşkil edir.  Yeni modelin oxları arasındakı məsafə 2830 millimetrdir (+ 160 millimetr).

Aion V modelinin Mitsubishi Airtrek modelinə çevrilməsi loqotiplərin dəyişdirilməsi ilə məhdudlaşmayıb. Yaponiya markasından olan krossover X-üzü olan (Mitsubishi bunu Dynamic shield adlandırır) firma dizaynına, başqa bamperlərə və işıq texnikasına, dəyişdirilmiş dekora malikdir. Üstəlik, dizaynerlər “süzən dam”effektindən imtina ediblər.

Krossoverin salonu da nəzərəçarpacaq dərəcədə dəyişdirilib: hətta qapıları acan dəstəklər belə başqadır. Mitsubishi modelinin ön paneli özününküdür – burada iki ayrı ekranı, özü də günəşliyi olan cihazlar paneli görmək olar. Salonda başqa üçqollu sükan çarxı quraşdırılmış, ikisəviyyəli mərkəzi tunel yenidən işlənmişdir. Yaradıcıları krossoverin salonundakı genişliyi kompaktvenlə müqayisə edirlər – burada rəvan döşəmə və cərgələr arasında geniş məkan var.

Texniki cəhətdən isə, Airttrek tamamilə Aion V modelini təkrarlayır. Ön oxda yerləşən yeganə elektrik mühərriki 184 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Döşəmənin altında yerləşən dartma batareyası 70 kilovat-saatlıq tutuma malikdir və Çin CLTC dövrünə əsasən 520 kilometr yürüş məsafəsini təmin edir. Krossoverin inşa edildiyi GEP (GAC Electric Platform) arxa yarı müstəqil asqıya malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mitsubishi Airtrek modeli GAC konserninin zavodlarıda və yalnız Çin bazarı üçün buraxılacaqdır. Satışların başlanması 2022-ci ilin mart ayına planlaşdırılıb. Qiymətlər 33 min dollara başlayacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.