Mitsubishi Delica modelinin qarşıdan gələn 55 illik yubileyini layiqincə qeyd etmək üçün, yaponlar modelin çeşidinin genişləndirilməsini hazırlayırlar. Əfsanəvi Delica ilk dəfə key-kar olacaqdır: aqressiv dizaynı, ofrouder imici və mütləq tam ötürməsi olacaq Mitsubishi Delica Mini adlı mikrovenin buraxılacağı elan edilib.

Mitsubishi eK X Space

Təəssüf ki, bu orijinal model deyil, o, NMKV (Nissan Mitsubishi Kei Vehicle) birgə müəssisəsi tərəfindən yaradılmış və istehsal edilən 2020-ci model ilinin Mitsubishi eK X Space mikroveninin bir versiyasıdır. Yeni Delica Mini modeli eK X Space mikroveni ilə eyni kuzova malik olsa da, ondan ön tərəfin dizaynı, LED fənərlər, qara plastikdən kuzov dəsti və artırılmış klirensi ilə fərqlənir.

Mitsubishi eK X Space

Bütün eK ailəsi key-karlar sinfinə aid olduğundan, yapon qanunları ilə tənzimlənən qabarit ölçülərini artırmaq mümkün deyil: avtomobilin uzunluğu 3400 millimetri, eni isə 1480 millimetri keçməməlidir. Yeni Delica Mini modelinin interyeri hələlik nümayiş etdirilməyib. Texniki cəhətdən o, Mitsubishi eK modelini təkrarlayacaqdır: startyor-generatoru (2,7 at qüvvəsi) olan 660 kubluq turbomühərrik (64 at qüvvəsi), variator və arxa oxda muftası olan tam ötürmə sistemi.

Image alt Image alt

Yaponiyada belə key-karlara olan tələbat ildə təxminən 600.000 ədəd təşkil edir.  Mitsubishi şirkəti, əfsanəvi ada malik olan yeni modelin onun bu seqmentdəki mövqeyini gücləndirəcəyini gözləyir. Delica Mini modelinin kütləvi debütü gələn ilin yanvar ayında keçiriləcək Tokyo avtosalonunda baş tutmalıdır. Onun satışlarına isə, yayın əvvəlində başlanmalıdır. Yeri gəlmişkən, yapon istehsalçısının model xəttində tam ölçülü Delica D: 5 mikrovenindən başqa, Suzuki Solio modelinin OEM versiyası olan Delica D: 2 mikroveni də var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.