Bu il Mitsubishi Eclipse Cross modelinin satışlarının başlanmasının bir ili tamam olur. Əlbəttə ki, söhbət dünya üzrə satışlarından gedir. Birinci satışilində 80 mindən çox krossover satılıb. Bunların 33287 ədədi Avropada, 14026 ədədi isə Şimali Amerikada, 11592 ədədi isə Yaponiyada satılıb. Satışların həcminə görə dördüncü yeri Avstraliya və Yeni Zelandiya tutur - 9332 ədəd. Şimal qonşumuz olan Rusiyada da krossover pis satılmayıb - 2962 ədəd.

2019-cu ildə Mitsubishi Eclipse Cross bir sıra yenilikləri əldə edib. Bu yeniliklərin arasında ən əsası çoxdan gözlənilən dizel mühərrikidir. 2,2-litrlik Di-D aqreqatı 148 at qüvvəsi və 388 Nm fırlanma anı hasil edir. Dizel modifikasiyası ilkin olaraq səkkiz pilləli avtomatik qutu və tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.  Öndənçəkişli benzin modifikasiyalar isə, differensialın qapanmasının Active Yaw Brake Control elektron imitasiyası ilə təchiz olunacaqdırlar. Krossoverin ən bahalı modifikasiyaları isə müasir Mitsubishi Connet mediasisteminə sahib olacaqdırlar.