Mitsubishi Motors şirkətinin Tayvanda yerləşən China Automotive Technology and Research Center texnoloji mərkəzi onuncu nəsil Lancer modelinin yerli bazar üçün nəzərdə tutlmuş variantını hazırlamışdır. Grand Lancer adını almış modeldə tətbiq edilmiş yeniliklərdən biri üç variantda tərtibatı olan rəqəmsal cihazlar panelidir.

Bundan başqa, yenilənmiş sedanın ön hissəsi tamamilə dəyişdirilmişdir. Avtomobil yapon istehsalçısının son dizayn üslubuna uyğun olan ön fənərləri, bamperi və radiator barmaqlığını əldə etmişdir. Əlavə olaraq, avtomobilin qapılarında yeni formalı çıxıntılar meydana gəlmiş, həmçinin dizaynı yenidən işlənmiş arxa fənərlər və bamper quraşdırılmışdır. Grand Lancer modelinin salonunda da dəyişikliklər baş vermişdir.

Rəqəmsal cihazlar paneli ilə yanaşı, mərkəzi konsolun tərtibatı da yenilənmişdir. Mitsubishi Grand Lancer 140 at qüvvəsi gücü və 176 Nm fırlanma anı olan 1,8-litrlik atmosfer mühərriki ilə hərəkətə gəlir.  Güc aqreqatı Jatco variatoru ilə birgə çalışır. İstehsalçı avtomobilin 100 kilometrə 6,3 litr yanacaq sərf etdiyini iddia edir. Bununla bərabər, Grand Lancer sələfindən yenidən tənzimlənmiş asma və yaxşılaşdırılmış səs və vibroizolyasıyası ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt