Nissan şirkətinin ardınca Mitsubishi Motors şirkəti də Karlos Qonu şirkətin direktorlar şurasının sədri vəzifəsindən azad edib. Bu qərar yapon şirkətinin idarə heyətinin üzvlərinin 70 dəqiqəlik iclasından sonra qəbul edilib. Qonun vəzifələrinin icrası müvəqqəti olaraq Osamu Masukoya tapşırılıb.

Xatırladaq ki, Karlos Qonu gəlirlərin gizlədilməsi və Nissan şirkətinin vəsaitlərini məqsədsiz xərclənməkdə ittiham edirlər. Daxili tədqiqatın gedişi zamanı, idarə heyətinin başçısının şirkətin milyardlarla ienini xərcləyərək, Rio-de-Janeyroda, Beyrut, Paris və Amsterdam şəhərlərində əmlak aldığını və onları təmir etdirdiyi aşkar olunub.  Karlos Qonu 10 illik həbs gözləyir.