Doqquz illik fasilədən sonra Mitsubishi Outlander modelinin dördüncü nəsli debüt edub. Əslində krossoverin dördüncü nəsli 2018-ci ildə işıq üzü görməli idi. Yeni krossoverin carçısı 2016-cı ildə nümayiş etdirilmiş Mitsubishi GT-PHEV konsepti idi. O zaman, avtomobilin eksteryer və interyerinin maketləri hazır idi, texniki hissə üzərində çalışmalar davam edirdi ... Ancaq layihə o zaman yapon şirkətini satın almış Renault-Nissan alyansının bossları tərəfindən dayandırıldı.

Unifikasiya naminə Outlander modelini orijinal platformadan CMF-C / D modul arxitekturasına keçirildi və nəslin üzərində aparılan mühəndislik işləri daha üç il çəkdi. Artıq yeni krossover hazırdır.

Yeni krossover amerikan spesifikasiyasında təqdim olunub. Yeni krossoverin ölçüləri sələfi ilə müqayisədə nəzərəçarpacaq dərəcədə böyükdür, lakin avtomobilin dəqiq ölçüsü hələlik açıqlanmayıb. Outlander modelinin dizaynı digər Mitsubishi modellərində sınaqdan çıxarılmış Dynamic Shield korporativ dizayn üslubunda hazırlanıb.

Ön fənərlər iri ön bamperin "yanaqlarında" yerləşir, onların üzərində isə, gündüz hərəkət və dönmə siqnallarının üfüqi bölmələri vardır. Ən iri təkər diskləri  20 düymlük ölçülərə malik olsalar da, iri kuzovun fonunda “itirlər”.

Texniki cəhətdən yeni Mitsubishi Outlander modeli, hazırda yalnız Amerikada satılan Nissan Rogue/X-Trail krossoverinin ən yaxın qohumudur. Hər iki krossover çoxqollu arxa asqısı olan eyni platformaya əsaslanır. Üstəlik, hər iki modelin ultra yüksək möhkəmlikli poladlardan geniş şəkildə istifadə edilərək hazırlanmış kuzov strukturu da eynidir.

Yeni nəsil Mitsubishi Outlander modeli Nissan şirkətinin 181 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı Jatco firmasının səkkiz sabit pilləsi olan yeni variatoru ilə tandemdə çalışır. Arxa oxda muftası olan  tam ötürmə sistemi hay-küylü S-AWC (Super All-Wheel Control) adına sahib olsa da, lakin texniki cəhətdən Nissan krossoverindəki ilə eynidir .

Bununla birlikdə, Mitsubishi mühəndisləri sistemin tənzimləmələri üzərində işləyərək, Brake AYC (Active Yaw Control) sistemini əlavə ediblər. Yeni sistem, standart əyləclər vasitəsi ilə, dartma vektorunu idarə etməyə imkan verir. Elektronika, ön ötürməli versiyalar da daxil olmaqla, hər bir təkərin əyləclərindən seçmə üsulu ilə istifadə edir. Krossover beş hərəkət rejiminə malikdir: Eco, Normal, Sport, Tarmac, Gravel, Snow və Mud (yalnız tam ötürməli versiyada).

İnteryer tamamilə yenidir. Şirkət nümayəndələri tərtibat materiallarının keyfiyyətinin yaxşılaşdırıldığını, ön panel və qapılarda  çoxsaylı "yumşaq" işləmələrin quraşdırıldığını bildirirlər. Maraqlı cəhətlərə gəldikdə isə, transmissiyanın coystikini,  havalandırma sistemin gizlədilmiş deflektorlarını və mediasistemin doqquz düymlük "planşetini" misal çəkmək olar.  Buna baxmayaraq, klimat-kontrolun blokunda ənənəvi düymələrdən istifadə olunub.

Standart olaraq, Outlander modeli mərkəzində yeddi düymlük ekran olan analoq cihazlar paneli ilə təklif edilir. Ancaq bahalı versiyalar 12,3-düymlük virtual cihazlar paneli ilə təchiz edilə bilər. Eyni zamanda, Outlander modeli proyeksiya ekranına sahib ilk Mitsubishi avtomobili olub: 10,8-düymlük ekranda çoxlu sayda məlumat əks oluna bilər. Zəngin versiyalar yarı anilin dəri ilə örtülmüş oturacaqlar, üç zonalı iqlim nəzarəti, arxa pəncərədəki pərdələr və on dinamikli Bose səs sistemi ilə də təchiz edilirlər.

Amerikada satılacaq yeni Outlander modeli yeddi nəfərlik salona malikdir. Digər bazarlarda üçüncü cərgə opsiya olacaqdır. Bu halda ikinci cərgənin oturacaqları uzununa tənzimlənəcək və 40:20:40 nisbətində bölünəcəkdilər. Salonda on birə qədər hava yastığı ola bilər. ABŞ bazarında təklif edilən krossover standart olaraq ikinci sıradakı yan hava yastıqları, habelə sürücü ilə sərnişinin toqquşmasının qarşısını alan ön oturacaqlar arasındakı mərkəzi hava yastığı ilə təchiz ediləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, yeni krossoverin avadanlıq siyshısına zolaqda tutma funksiyasına malik olan MI-Pilot Assist adaptiv kruiz-kontrol  sistemi daxil edilib. Əslində bu sstem Nissan ProPilot kompleksinin analoqudur. Bununla birlikdə, Outlander modelinin özünəməxsus texnologiyaları da olacaqdır. Məsələn, şirkət Outlander PHEV hibrid versiyasını özü hazırlayır, çünki ittifaq çərçivəsində bu istiqamət Mitsubishi şirkətinə həvalə edilib. Sonradan bu hibrid qurğu X-Trail və ittifaqın digər modellərində də quraşdırılacaqdır.

Dördüncü nəsil Mitsubishi Outlander krossoverinin Yaponiyadakı istehsalına artıq start verilib. Ancaq bu model üçün prioritet bazar, artıq ilk partiyanın  göndərildiyi Şimali Amerikadır (ABŞ, Kanada və Puerto Riko). ABŞ-dakı satışlarla aprel ayında başlanacaqdır. Burada krossover 25.800 dollardan başlayan qiymətlərlə təklif ediləcəkdir.