Yeni nəsil Mitsubishi Outlander modeli keçən qış ABŞ-da debüt edib və hələlik orada yeganə 2,5-litrlik benzin mühərriki ilə satılır. Krossoverlər Yaponiyadan istehsal olunsa da, daxili bazarda satılmırlar. Yaponiya bazarı üçün isə, Mitsubishi şirkəti qoşulan hibrid güc qurğusu olan Outlander PHEV modelini hazırlayır.

Hibrid krossover 28 oktyabrda debüt etməlidir, lakin istehsalçı yeni modelin şəkillərini dərc edərək, sanki hibrid versiyanın vizual olaraq adi krossoverdən heç nə ilə fərqlənmədiyini bildirmək istəyib.

Əgər yanacaq çəninin başlığını və cərəyan yükləmə girişini gizlədən sağ və sol tərəfdəki qapaqlar olmasa, PHEV versiyasının adi krossoverlər elə bir fərqi yoxdur. Salondakı fərq virtual cihazlar panelinin qrafikası ilə məhdudlaşır.

Üstəlik, Yaponiya bazarı üçün nəzərdə tutulmuş krossoverin mərkəzi tunelinin quruluşu amerikan variantındakı ilə eynidir: yapon modelində sürücüyə yaxın olan transmissiyanın coystiki deyil, “əl əyləcinin” düyməsidir.

İstehsalçı PHEV versiyasının daha güclü elektrik mühərrikləri və daha tutumlu batareyası olan yeni nəsil hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildirib. Müvafiq olaraq, dinamika və yürüş məsafəsində inkişafın olacağı gözlənilir.

Qurğuların və elementlərin optimallaşdırılmış yerləşdirilməsinə malik olan yeni platforma, ilk dəfə olaraq, Outlander hibridini yeddi yerlik salonla təchiz etməyə imkan verib. Üstəlik, üçüncü sıra artıq “bazada” olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha ətraflı məlumat krossoverin təqdimatı zamanı açıqlanacaqdır. Hibrid krossoverlərin daxili bazardakı satışlarına dekabr ayının ortalarında start veriləcəkdir. Yeni Outlander PHEV modelinin ABŞ bazarındakı satışlarına 2022-ci ilin ikinci rübündə başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.