Bir müddət bunadan öncə Mitsubishi şirkətinin Nissan Qashqai və Seat Ateca krossoverləri ilə rəqabət aparacaq yeni krossoveri hazırladığını bildirmişdik. Bunun əyani isbatı olaraq yapon şirkəti yeni krossoverin ilk tizeri də dərc etmişdir. Bu gün yaponlar yeni modelin mövbəti tizerlərini dərc etmişdirlər.

Artıq yapon istehsalçsı yeni krossoverin adını da açıqlamışdır - Eclipse Cross. Yeni yığcam   krossoverin rəsmi təqdimatı mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Xatırladaq ki, Mitsubishi şirkəti sonuncu dəfə Eclipse adını 2011-ci ildə buraxılışına son verilmiş sportkara verilmişdir. Məlumata görə, yeni crossover Outlander modelinin təkmilləşdirilmiş platformasında istehsal ediləcəkdir. Yapon mütəxəssisləri yeni materialların tətbiqi nəticəsində şassinin sərtliyini artırmışdırlar. Mitsubishi Ecıipse krossoverinin arxa asması çoxqollu olacaqdır.

Öndə hansı aqsma sisteminin tətbiq ediləcəyi açıqlanmamışdır.

Mitsubishi Outlander modelində öndə köndələn sabitlik stabilizatoru olan McPerson asması tətbiq edilir. Yeni krossoverin mühərrik çeşidinə iki mühərrikin daxil edildiyi təsdiqini tapmışdır. Bunlar 1,5-litrlik dörd silindrli benzin turbomühərriki və 2,2-litrlik dizel aqreqatıdır. Yeni model üçün pilləsiz variator və altı pilləli mexaniki ötürmələr qutusunun təklif ediləcəyi də ehtimal edilir. Mitsubishi Eclipse modelini həm öndən, həm də tam çəkiş sistemi ilə sifariş etmək mümkün olacaqdır.

Eyni zamanda mühərriklərin texniki xarakteristikaları dəqiqləşdirilməmişdir. Mitsubishi Eclipse layihəsinin rəhbəri Hiroyoki Kaqavanın sözlərinə görə, benzin mühərriki 120 at qüvvəsinə və 200 Nm fırlanma anına malik olacaqdır Eclipse modelinin dizaynı 2015-ci ildə Cenevrədə nümayiş etdirilmiş XR-PHEV II konsepti ilə bənzərlik daşıyacaqdır. Xatırladaq ki, konseptual crossover məişət şəbəkəsindən qidalanan hybrid güc aqreqatı ilə təchiz edilmişdi.