Mixael Şumaxerin sahibi olduğu iddia edilən Porsche avtomobili satışa çıxarılıb. Satıcı iddia edir ki, əfsanəvi pilot dörd il (2004-2008-ci illər) Carrera GT modelindən istifadə edib, lakin Porsche alman pilotun öz adına deyil, onun meneceri olmuş Villi Veberin şirkətində qeydiyyatdan keçib. Müəmmalı qeydiyyatın izahı sadədir: həmin illərdə Şumaxer Ferrari ilə çalışırdı və müqavilənin şərtlərinə görə, yalnız İtaliyanın FİAT qrupunun avtomobillərini idarə etməli idi.

Satıcı Carrera GT ilə Mixael Şumaxer arasında əlaqəni sənədlərdə təsdiqləyəcəyini vəd edir, lakin ilk baxışdan yalnız arxa tərəfdəki avtoqraf və Porsche markasının qovluqdakı qırmızı dəbilqə nişanı görkəmli pilota işarə edir. 2004-cü ilin buraxılışı olan superkar 14,2 min kilometr qət edib. Yürüşün yarısı, Weber Management GmbH şirkətinin avtomobilə sahib olduğu ilk dörd ilin payına düşür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şumaxerin meneceri Sabina Kem AutoBild nəşrinin sorğusu ilə “gizli Porsche” superkarının satışına birmənalı münasibət bildirib. Yeddiqat dünya çempionunun nümayəndəsinin sözlərinə görə, “Şumaxer heç vaxt bu Porsche Carrera GT modelinə birbaşa və ya dolayısı yolla sahib olmayıb”. Lakin bu hekayəni bitirmək hələlik tezdir, çünki Sabina Kemin Villi Veberlə münasibətlərindəki gərginlik hər kəsə bəllidir.

Satıcı Mixael Şumaxer ilə Porsche Carrera GT arasındakı əlaqəni sübut edə bilsə, o zaman superkarın kolleksiya dəyəri yüksələcək və satış təklifi bir milyon dollardan başlaya bilər. Məsələn, bir il əvvəl, başqa bir Formula 1 çempionu Censon Battona məxsus olan eyni avtomobil yeni sahibinə 820 min avroya başa gəlib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.