Əfsanəvi pilot və yeddiqat dünya çempionu Mixael Şumaxerin pərəstişkarlarını sevindirəcək xəbərimiz vardır. Beş il bundan öncə kəllə-beyin zədəsi almış dünya çempionunun vəziyyəti hiss olunacaq dərəcədə yaxşılaşıb.

Daily Mail tabloidi Mixaelin ciyərlərin süni havalandırılması aparatına qoşulmadığını və bu səbəbdən də yatağa bağlı olmadığı bildirib. Bununla belə, tabloid Şumaxerin müalicəsinin davam etdiyini də yazıb. Daily Mail Mixaelin həftəlik tibb xərclərinin 50 min funt-sterlinq təşkil etdiyini bildirib.

Hazırda yeddiqat dünya çempionu ailəsi ilə birlikdə İsveçrədə, Cenevrə gölünün sahilində yerləşən  malikanəsində yaşayır. Xatırladaq ki, Mixael Şumaxer barədə son xəbəri FIA prezidenti Jan Todt verimişdir. O, Mixaellə birlikdə Braziliya Qran Prisini izlədiyini jurnalistlərə söyləmişdi.

Bildiyimiz kimi, gələn il yanvarın 3-də Mixael Şumaxerin 50 yaşı tamam olur. Bu münasibətlə Ferrari Maranellodakı mənzil-qərargahında xüsusi sərgi təşkil edəcəkdir.