Britaniyanın Morgan firması Plus 8 modelinin 50 illik yubileyinə rodsterin xüsusi seriyasını həsr edib. 50 nüsxədə buraxılacaq avtomobilin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Morgan Plus 8 rodsterinin əsasını alüminium şassi təşkil edir. Avtomobil 372 at qüvvəsi və 490 Nm fırlanma anı hasil edən 4,8-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Bu güc aqreqatı BMW şirkəti tərəfindən istehsal edilən son atmosfer mühərrikidir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. 1100 kilqoram çəkiyə malik olan rodster 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 249 km/saatdır. Tizerləri dərc edilən rodster göy rəngi və sarı haşiyələri olan kuzova malikdir. Bu rənglər ilk seriya Plus 8 modelini təmsil edirlər.

Morgan Plus 8 prototipi ilk dəfə 1968-ci ildə Britaniya beynəlxalq sərgisində təqdim edilib.

Image alt Image alt Image alt