Bu həftəsonu 70-ci Formula 1 çempionatının son mərhələsi Əbu Dabidə keçirlir. Şənbə günü keçirilmiş təsnifat mərhələsində altıqat dünya çempionu Lyuis Həmilton poulu əldə edib.

Britaniyalı pilot komanda yoldaşı Valtteri Bottas və Maks Ferstappeni üstələməyə müvəffəq olub. Lakin, mühərriki dəyişdirdiyinə görə cəza almış Valtteri Bottas yarışı son cərgədən başlayacaqdır. Beləliklə, ilk sıradan Həmilton və Ferstappen, ikinci cərgədən isə Şarl Lekler və Sebastyan Fettel start alacaqlar.

Aleksandr Əlbon yarışa beşinci, Lando Norris isə altıncı yerdən başlayacaqdır. Daniel Rikkardo, Carlos Sayns, Niko Hülkenberq və Sexio Peres ilk onluğu tamamlayan pilotlar olublar.