Məlumdur ki, bu gün DTM çempionatının bu mövsümdəki son yarışı keçirilcəkdir. Çempionluq titulunun taleyi məhz bu gün həll ediləcəkdir. Rene Rast çempionluq titulunu müdafiə edərək ikinci titulu qazanmaq, Qəri Paffett və Pol di Resta isə onu bu taxtdan endirmək üçün mübarizə aparacaqdırlar.

Beləliklə, bu gün keçirilən sıralama sessiyasında Rene Rast böyük üstünlüyə malik olsa da, sessiyanın son dəqiqələrində BMW komandasının çempion pilotu Marko Vittmann onu pouldan məhrum edib. 

İki alman pilotu 0,054 saniyə ayırıb. Titula iddialı olan pilotlardan Qəri Paffett üçüncü nəticəni qeydə alıb. Bruno Spenqler onunla birlikdə ikinci sıradan start alacaqdır. Pol di Resta isə sıralamada o qədər də uğurlu çıxış etməyib. O, yarışı 11-ci yerdən başlayacaqdır.

Auqusto Farfus və Edoardo Mortara üçüncü, Joel Eriksson və Filipp Enq dördüncü,  Niko Müller və Timo Qlok isə beşinci sıradan start alacaqdırlar.