Bir müddət bundan öncə, Ford şirkəti Mustang modelinin üslubunda dizayna malik olan elektrik krossoverinin təqdimat tarixini açıqlayıb. Krossoverin silueti göstərilmiş videoçarxda təqdimat tarixinin 17 noyabr olduğu bildirilib.

Bu günlərdə isə, avtomobil aləmindəki yeniliklərin ovuna çıxmış cəsuslar yeniu krossoverin sınaq prototipini yaxlamağa müvəffəq olublar. Prototip güclü kamuflyaj örtüyünə malik olsa da,  onun Ford Mustang kupesinə bənzədiyi aydın görünür: işıq texnikasının cizgiləri və kuzovun formaları bu təsdiq edir. Böyük ehtimalla, dizaynerlər əfsanəvi kupenin radiator barmaqlığının formasından da istifadə edəcəkdirlər. Ford yeni krossover haqqında başqa məlumat verməyib.