Buick şirkəti yenicə işinə başlamış Detroyt avtomobil sərgisində Avista adlı konsept avtomobilini nümayiş etdirmişdir. Arxa çəkişli ötürməyə malik olan kupe, 405 at qüvvəsi olan 3,0-litrlik ikiqat turbokompressorlu altı silindirli benzin mühərriki və səkkizpilləli avtomat sürətlər qutusu ilə təchiz edilmişdir. Mühərrik öz növbəsində silindirlərin deaktiv edilməsi və start/stop sistemi ilə komplektləşdirilir. Kupedə, həmçinin, Magnetic Ride Control adlı adaptiv asqı sistemi də quraşdırılmışdır.

Avtomobilin təkərlərarası bazasının uzunluğu 2812 millimetrdir. Çox güman ki, avtomobil yeni nəsil Chevrolet Camaro və Cadillac ATS kupesinin istehsalında istifadə edilən Alpha platformasında hazırlanmışdır. Buick Avista konsepti demək olar ki, GM konserninin seriya modellərinin aqreqatları üzərində yığılmışdır və bu hal konseptin yaxın gələcəkdə seriya modelinə çevrilməsi şanslarını artırır. Avtomobil mərkəzi dayağı olamayan kuzov və 2+2 oturacaq formulu ilə seçilir.  

Dizayn üslubu və texniki xüsusiyyətlərinə görə yeni konsept, bir il bundan öncə Detroytda təqdim edilmiş Avenir konseptini xatırladır. Buick Avenir, amerikan markasının gələcək avtomobillərinin zahiri görünüşü haqqında təssəvvür yaratmaq vəzifəsi daşıyırdı.

Buick şirkətinin satışlar üzrə vitse-prezidenti Dunkan Oldred yeni konsepti «Avista Buickin dinamik ruhunu təmsil edir» deyərək təqdim etmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt