Chevrolet şirkəti NASCAR yarışları üçün nəzərdə tutulmuş Camaro yarış kupesinin yeni variantını təqdim edib. Model Camaro ZL1 NASCAR Race Car adını alıb.

İstehsalçı avtomobil barədə ətraflı məlumatı dərc etməyib. Amerikalılar yalnız avtomobilin hazırlanması zamanı hesablama hidrodinamikasından istifadə edildiyini və modelin aerodinamika sahəsində göstəricilərinin yaxşılaşdırılması üçün onu aerodinamik boruda sınaqdan keçirildiyini bildiriblər.

Eyni zamanda, avtomobilin kupelərə xas olan dizaynı qorunub-saxlanıb. Chevrolet Camaro ZL1 NASCAR Race Car modelinin debütü gələn ilin fevral ayında Daytonadakı avtodromda keçiriləcəkdir. Hımin zaman NASCAR çempionatının yeni mövsümünə start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt