Porsche 918 Spyder modelinin istehsalına son verildikdən sonra, alman istehsalçısının model xəttindəki ən “bərkgedən” model 911 GT3 RS sportkarıdır. Bununla belə, Neidfaktor adlı alman tüninq atelyesi Porsche 911 GT3 RS modelinin lazımi qədər “bərkgedən” olmadığını hesab edərək onu təkmilləşdirmək qərarına gəlmişdir.

Atelye mütəxəssisləri iki unikal kupe hazırlamışdırlar. Alman mütəxəssisləri əsas diqqəti avtomobillərin interyerinə yönəltmişdirlər.  Sportkarların salonunun tərtibatında alkantara və karbondan geniş istifadə edilmişdir. Belə ki, qapı panelləri,  ön panel, günəş günlükləri və mərkəzi konsol alkantara ilə üzlənmişdirlər. Alkantara ilə yanaşı, salonun tərtibatında yüksək kefiyyətli qara dəridən və 918 Spyder modelində olduğu kimi Acid Green rəngli seçilən tikişlərdən istifadə edilmişdir. Üçqollu sükan çarxı da karbon və alkantara ilə örtülmüş və Ferrari modellərində rast gəldiyimiz ötürmə indikatoru ilə təchiz edilmişdir. Avtomobillərin eksteryerinin tərtibatında karbondan hazırlanmış kuzov parçalarına geniş yer verilmişdir.  Avtomobillərin qabaq splitterləri, yan güzgüləri, kandarları, qanadlardakı hava girişləri, arxa kapot, diffuzor kompozit materiallardan hazırlanmışdır. Avtomobillərdən biri yaşıl rəngli, digəri isə narıncı rəngli aksentlərlə bəzədilmişdir.

Bununla yanaşı, tünerlər avtomobilin texniki cəhətdən dəyişikliklərə məruz qalması barədə heç bir məlumat verməmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt