Netflix xidməti Formula 1 haqqında 10 seriyalı Drive to Survive adlı sənədli filmi hazırlayıb. Serialın təqdimatı 8 martda baş tutmalıdır. Hələlik isə, onun treylerinə baxmaq olar.

Serial 2018-ci il mövsümü barədədir: filmdə komanda, pilotlar və dünya çempionatının əfsanəvi şəxsiyyətləri, həmçinin paddokda baş verənlər barədə söhbət açılır. Filmin prodüseri «Senna» fılmının üzərində çalışmış Ceyms Gey Rizdir.