20 апр 2018Avtoxəbərlər

Porsche 911 GT3 RS Nürburqrinqin yeni rekorduna imza atıb

Yeni nəsil Porsche 911 GT3 RS sportkarı Nürburqrinqin seriya avtomobilləri üçün yeni rekorduna imza atıb. Rekord yürüşü 16 aprel tarixində baş tutub.

20 апр 2018Avtoxəbərlər

Mercedes-Benz Volvo şirkəti ilə əməkdaşlıq etmək niyyətindədir

Mercedes-Benz markasını sahibi olan Daimler AG konserni Volvo şirkətinin mühərrik və komponentlər təchizatçısı, həmçinin minoritar səhmdarı ola bilər. Bundan başqa, şirkətlər texnoloji tərəfdaşlıq barədə müqavilə imzalamaq niyyətindədirlər. Bu əməkdaşlıq elektromobillər üçün platformanın və avtonom idarəetmə sistemlərinin hazırlanmasını da nəzərdə tutur.

20 апр 2018Avtoxəbərlər

Mercedes-Maybach Vision Ultimate Luxury - dəbdəbəli sedan-krossover

Mercedes-Maybach Pekin avtosalonunda debüt edəcək Vision Ulltimate Luxury konseptinin rəsmi fotoşəkillərini dərc edib. Yeni konsept sedan və krossoverin qarışığıdır desək yanılmarıq. Konsept yeni nəsil Mercedes-Benz GLS modelinin də inşa ediləcəyi MHA modul platformasında hazırlanıbdır.

20 апр 2018Avtoxəbərlər

BYD şirkəti ikinci nəsil Tang modelini təqdim edib

Çinin BYD şirkəti ikinci nəsil Tang modelini təqdim edib. Cəlbedici dizayna malik olan krossoverin üzərində Alfa Romeo və Audi markalarının sabiq şef-dizayneri Volfqanq Egger işləyib. Misal üçün, Egger dünyanın ən gözəl kupelərindən sayılan Alfa Romeo 8C modelinin müəllifidir.

20 апр 2018Avtoxəbərlər

"Bərkgedən" BMW X3 M krossoveri Competition Package dəstinə sahib olacaq

Bu ilin sonuna kimi debüt edəcəyi gözlənilən “bərkgedən” BMW X3 M krossoveri bavaraiyalı ofrouderlər arasında ilk dəfə olaraq Competition Package dəstinə sahib olacaqdır. İspaniyanın Motor nəşri "Yarış dəstinin" tərkibinə daha güclü mühərrikin, idarəetmə elektronikasının və tam çəkiş sisteminin başqa tənzimləmələri daxil olacağını bildirib.

20 апр 2018Avtoxəbərlər

Donald Trampın yeni limuzini hazırdır

Amerika Birləşmiş Ştatlarının Məxfi xidməti Donald Tramp üçün nəzərdə tutulmuş yeni prezident limuzinini təhvil alıb. “Heyvan” (The Beast) adlandırılan Cadillac avtomobilinin kütləvi debütü yaxın zamanlarda baş tutmalıdır. Bu barədə Fox News agentliyi xəbər verib.

20 апр 2018Avtoxəbərlər

Hyundai Santa Cruz pikapı 2020-ci ildə işıq üzü görəcək

Hyundai Santa Cruz pikapının seriya variantı 2020-ci ildə işıq üzü görəcəkdir. Bu barədə Motor Trend nəşrinə Hyundai Motor America bölümünün əməliyyat direktoru Brayan Smit bildirib. 2016-cı ildə istehsalına “yaşıl işıq” yandırılan pikapın istehsalına 2019-cu ildə başlanmalı idi.

РАНЕЕ