Porsche Panamera hetçbekinin növbəti nəsli, Audi SQ7 modelində debüt etmiş 435 at qüvvəsi gücü olan 4,0-litrlik üç turbokompressorlu V8 dizel mühərriki ilə təchiz ediləcəkdir. Bu barədə məlumatı, seriyaöncəsi modellərin sınaqlarında iştirak etmiş «TopGear» və «Autocar» dərgilərinin jurnalistləri vermişdirlər. Panamera prototiplərinin test sınaqları Cənubi Afrika Respublikasında keçirilmişdir. Hazırda Panamera modelləri isti hava şəraitində sınaqdan keçirilir. Jurnalistlər nəinki dizel mühərriki ilə təchiz edilmiş avtomobilləri, eyni zamanda hetçbekin 542 at qüvvəli yeni V8 turbomühərriki ilə hərəkətə gələn variantını da sınaqdan keçirmişdilər.

Onlar ilk növbədə, yeni mühərrikin əvvəlki 4,8-litrlik iki tubrokompressorlu mühərriklə müqayisədə 30 faiz qənaətcil olduğunu qeyd etmişlər. Qənaətciliyin artırılmasının əsas səbəbi, yüksək gücə tələbatın olmadığı zaman mühərrikin dörd silindirinin söndürülməsi sisteminin tətbiq edilməsidir.

Test avtomobilləri yeni səkkiz pilləli PDK «robotu» ilə təchiz edilmişdilər ki, sürtünmənin azaldılması və nasosların təkmillişdirilmasi nəticəsidə sürət qutusu daha effektiv olmuşdur.

Jurnalistlərin qeyd etdiyi kimi, sürət qutusu ötürmələri əvvəlkinə nisbətən daha tez həyata keçirir. Panamera xəttinin direktoru olan Hernot Delnerin sözlərinə görə, yeni Panamera Nürburqrinqin «Şimal ilgəyini» Carrera GT modelindən daha yeyin qət edir.

Bundan əlavə, jurnalistlər yeni Panamera modelinin Bentley Bentayga krossoverindən götürülmüş və kuzovun yana əyilmələrinin qarşısını alan sistemlə təchiz ediləcəyini öyrənmişlər. Əslində Porsche şirkətinin məhsulu olan bu sistemi, əlavə avadanlıq kimi, pnevmatik asqı ilə birlikdə sifariş etmək mümkün olacaqdır.

Onu da qeyd etmək lazımdır ki, pnevmatik asqı turbovariantların standart təchizatına daxil ediləcəkdir. Bundan başqa, adaptiv PASM asqısını da sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt