Volvo şirkəti S90 sedanının və V90 universalının R-Design idman dəsti ilə təchiz edilmiş variantlarını təqdim etmişdir. Bu avtomobillər adi sedanlardan eksteryerin və interyerin tərtibatı, həmçinin yenidən tənzimlənmiş idman asqısı ilə fərqlənir. 90-cı seriyadan olan sedan və universal daha iri spoyleri və genişləndirilmiş hava girişləri olan yeni ön bamper, başqa radiator barmaqlığı, eksklyuziv beş milli təkər diskləri və arxa görüntü güzgülərinin gümüşü rəngli gövdəsi ilə təchiz edilmişdir.

R-Design dəsti olan avtomobillərin salonunda idman oturacaqlarını, başqa sükan çarxını,  xüsusi örtüyü olan pedal və ayaqaltıları , həmçinin karbondan hazırlanmış işləmələri görmək olar. Yeni Volvo S90 sedanı keçən ilin dekabr ayında debüt etmişdir. Avtomobilin universal kuzovlu variant isə, 2016-cı ilin fevralında təqdim edilmişdir. Hər iki avtomobil Volvo XC90 krossoverində debüt etmiş modul platformasında istehsal edilirlər. 

90-cı seriyadan olan sedan və universal Drive-E ailəsindən olan benzin və dizel güc aqreqatları ilə təchiz edilirlər. Bu mühərriklərin gücü 190 – 320 at qüvvəsi arasında dəyişir. Bundan əlavə, ümumi gücü 407 at qüvvəsi  olan hybrid  aqreqat da mövcuddur.

Eyni zamanda, Volvo şirkətinin zavoddaxili tüninq atelyesi olan Polestar firması dizel mühərriki ilə təchiz edilmiş D5 variantı üçün təkmilləşdirmələr proqramını təklif edir.

Bu proqram 235 at qüvvəli mühərrikin gücünü 240 at qüvvəsinə qədər artırmağa imkan verir. Bu yenilik sayəsində avtomobilin 100 km/saat həddinə qədər sürətlənməsi 0,1 saniyə daha yeyin olur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt