Bentley şirkəti özünün rəsmi saytında Mulsanne sedanının 53 milyard piksellik miqyaslanan fotoşəklini dərc etmişdir. Fotoşəkildə San-Fransiskodakı “Qızıl qapılar” körpüsü təsvir edilmişdir. Lakin, şəkili böyüdən zaman avtomobili xırda detalları ilə birlikdə görmək mümkündür. Buna misal olaraq, sərnişin oturacağının kürək hissəsindəki loqotip naxışını göstərmək olar.

Belə fotoşəkli hazırlamaq üçün Bentley 70 ayrı şəkili birləşdirmək məcburiyyətində qalmışdır. Bu texnologiya NASA kosmik agentliyi tərəfindən yaradılmışdır. Fotoşəkilin çap variantı fotbol stadionu ölçüsündədir.  Bentley şirkəti Mulsanne sedanının yeni nəslini bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda təqdim etmişdir.

Yüksək ixtisaslı mütəxəssislərin əl əməyindən istifadə edərək yığdıqları flaqman modeli, tarixində ilk dəfə olaraq, hər biri nadir xüsusiyyətlərə malik üç müxtəlif variantda təklif edilir. Artıq dəbdəbə aşiqləri Mulsanne, Mulsanne Speed və Mulsanne Extended Wheelbase variantlarından birini seçə bilərlər.

Misal üçün, Mulsanne Extended Wheelbase variantı 250 millimetr uzadılmış təkərlərarası bazası sayəsində arxa oturacaqda səyahət edən sərnişinlərə maksimal komfort təklif edır.

Mulsanne Speed modeli isə, adından da göründüyü kimi, sürət aşıqlərinə ünvanlanmışdır.