Premium avtomobillər istehsalçısı sayılan Cadillac şirkəti CTS sedanının yenilənmiş variantını təqdim etmişdir. Sedan cüzi dizayn dəyişikliklərinə məruz qalmış və yenidən baxılmış təchizat səviyyələrinə malik olmuşdur. Sedan ilə baş vermiş vizual dəyişikliklər CT6 modelinin üslubunda hazırlanmış radiator barmaqlığından, təkmilləşdirilimiş arxa bamper və buraxılış sisteminin yumru formalı çıxış borularının əvəzinə quraşdırılan trapesiya şəkilli borulardan ibarətdir.

Əsas dəyişiklik avtomobilin təchizat səviyyələrində baş vermişdir.  Artıq bu səviyyələrin sayı azaldılmışdır. 2017-ci ilin Cadillac CTS sedanının baza variantı 268 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə təchiz edilir. Bu model üçün istehsalçı 46990 ABŞ dolları tələb edir ki, bu da 2016-cı ilin modeli üçün istənilən məbləğdən 435 dollar çoxdur.

2,0-litrlik turbomühərriklə təchiz edilmiş yenilənmiş Cadillas CTS Luxury sedanı ABŞ bazarında 52960 dollara təklif ediləcəkdir. Bundan əlavə, bu model 335 at qüvvəsi gücü olan 3,6-litrlik altı silindirli mühərrik ilə də təchiz edilir. Bu mühərriki sifariş etmək üçün əlavə 2000 dollar ödəmək gərəkdir.

Luxury səviyyəsinin təchizatına dəri oturacaqlar, lyuk,  isidilən və havalandırmalı ön oturacaqlar daxildir. Bundan başqa, avtomobil müxtəlif təhlükəsizlik sistyemləri ilə də təchiz edilir.

Premium Luxury səviyyəsi olan CTS sedanı yağış sensoru, park etmə assistentini və adaptiv amortizatorları əldə edəcəkdir. Bu avtomobil standart olaraq 3,6-litrlik və 8-pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Arxadan çəkişli Cadillac CTS Premium Luxury sedanın  satış qiyməti 60190 dollar təşkil edəcəkdir. Tam çəkişli sedan üçün isə, 2000 dollar əlavə ödəniş tələb edilir.

CTS modelinin “bərkgedən” variantları olan Cadillac CTS Vsport və CTS-V modifikasiyaları heç bir dəyişikliyə məruz qalmamışdırlar.

420 at qüvvəli mühərriikə malik olan CTS Vsport modeli üçün 61690 (+740 dollar) ABŞ dolları, 640 at qüvvəli CTS-V modeli üçün isə 85590 ABŞ dolları tələb olunur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt