Suzuki şirkəti yenilənmiş SX4 S-Cross krosseverini rəsmi olaraq təqdim etmişdir. Azərbaycan bazarında bu avtomobil daha çox Suzuki SX4 kimi tanınmışdır. Restaylinq keçmiş avtomobil 120 at qüvvəsi və 156 Nm fırlanma anı olan 1,6-litrlik atmosfer mühərrikindən məhrum olmuşdur.

Artıq krossover yalnız turbomühərriklərlə təchiz ediləcəkdir. Yenilənmiş SX4 modelinin mühərrik çeşidinə iki benzin və bir dizel aqreqatı daxil edilmişdir. Benzin turbomühərrikləri 112 at qüvvəsi və 170 Nm fırlanma anı olan 1,0-litrlik, həmçinin 140 at qüvvəsi və 220 Nm fırlanma anı olan 1,4-litrlik aqreqatlarla təmsil olunurlar.

1,0-litrlik turbomühərrik beş pilləli mexaniki və ya altı pilləli avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilər. 140 at qüvvəli mühərrik isə altı pilləli müxaniki və eyni pilləyə malik olan avtomatik sürətlər qutusu ilə təchiz edilir. Yenilənmiş Suzuki SX4 S-Cross modelini öndən çəkişlə və ya tam çəkişlə sifariş etmək mümkündür.

Dizel aqreqatı əvvəlki 120 at qüvvəsi gücü olan 1,6-litrlik turbodizel mühərrikidir. Bu mühərrik 320 Nm fırlanma anına malikdir. Dizel aqreqatı altı pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Əlbəttə ki, 6 pilləli mexaniki sürətlər qutusu da dizel aqreqatı üçün əlçatandır.

Yenilənmiş avtomobil əvvəlkindən tamamilə dəyişdirilmiş ön hissəsi ilə fərqlənir. Avtomobil yeni ön fənərlərə, radiator barmaqlığına, bamper və kapota sahiblənmişdir. Arxa hissədə isə ancaq fənərlər dəyişdirilmişdir – artıq bu fənərlər işıqdiodlarından olan bölüm ilə qürrələnə bilər. Bundan başqa, krossover 17-düymlük təkər disklərini də əldə etmişdir.

Avtomobilin interyerində də müəyyən dəyişikliklər baş vermişdir – tətbiq edilən materialların kefiyyəti yaxşılaşdırılmış, mərkəzi konsolun görkəmi yenilənmişdir. Yenilənmiş krossoverin Avropadakı satışlarına sentyabr ayının sonlarında başlanmalıdır.

Image alt Image alt Image alt Image alt