Milanda yerləşən Garage İtalia Customs tüninq atelyesinin mütəxəssisləri unikal Alfa Romeo 4C Coupe Hokusai adlı sportkarı təqdim etmişdirlər. Bu kupe xüsusi olaraq Los-Anjelesdə 30 iyul – 10 sentyabr tarixlərində keçiriləcək Piston Head II:Artists Engage The Automobile sərgisində nümayiş etdirmək üçün hazırlanmışdır.

Avtomobilin eksteryerinə həkk edilmiş aeroqrafiya, məşhur yapon rəssamı Katsusiki Hokusayının “Kanaqavada böyük dalğa” qravyurasına həsr edilmişdir. Unikal sportkar yapon və italyan mədəniyyətlərinin birgə bayramı kimi səciyyələndirilmişdir. Kupe həmçinin Kurabo cins parçası örtülmüş, dəri işləmələri, ağ haşiyələri və ağ rəngli tikişləri olan salona malik olmuşdur.

Alfa Romeo 4C Hokusai avtomobili ilə yanaşı, Garage İtalia Customs atelyesi sərgidə  BMW i8 Futurism Edition yubiley hibrid sportkarını təqdim edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt