Bü günlərdə «Autocar” dərgisi Bristol şirkətinin son 12 ildə buraxılacaq olan seriya modelinin ilk fotoşəkilləərini yaymışdır. Yeni sportkar "Bullet" adını almışdır ki, bu da ingilis dilindən tərcümədə "güllə" deməkdir.

Bristol Bullet modeli kompozit materiallardan hazırlanmış yüngül şassidə hazırlanacaqdır. Sportkar BMW şirkətinin istehsalı olan 400 at qüvvəli atmosfer tipli V8 mühərriki ilə təchiz ediləcəkdir. Bristol Bullet 100 km/saat sürətini beş saniyədən az bir müddətdə toplayacaqdır. Bullet modelinin rəsmi təqdimat mərasimi bu ayın 26-sı tarixində keçiriələckdir.

İlkin olaraq istehsalçı avtomobili "speedster" tipli kuzovla təklif edəcəkdir. Sonradan avtomobilin kupe variantl da təklif ediləcəkdir.

Sportkarların istehsalı Bristol firmasının daxil olduğu Frazer-Nash qrupunun Surreydəki müəssisəsində yerləşdiriləcəkdir. İlk avtomobillər sahiblərinə gələn il çatdırılacaqdırlar.

İlk zamanlarda avtomobillər BMW şirkətinin atmosfer mühərrikləri ilə təchiz ediləcəkdir. Sonradan hibrid güc aqreqatı ilə təchiz edilmiş variant da istehsal ediləcəkdir.  Bristol firmasının son modeli 2004 – 2011-ci illər arasında istehsal edilən Fighter kupesi olmuşdur.

Bristol Fighter Dodge Viper modelindən alınmiş səkkiz litrlik V10 mühərriki ilə hərəkətə gəlirdi. Mühərrikin turbokompressorla təchiz edilmiş top-variantı 1026 at qüvvəsinə malik idi.

Bristol Fighter T kupesi 100 km/saat həddini 3,5 saniyəyə toplayırdı. Avtomobilin maksimal sürəti 362 km/saat həddində məhdudlaşdırılmışdır.