Britaniyadan olan sportkar istehsalçısı Morgan şirkəti London mağazası Selffidges ilə birlikdə hazırladıqları üçtəkərli EV3 elektrokarının xüsusi modifikasiyasını təqdim etmişdir. Xüsusui versiya hər iki markanın yaranması ilinə həsr edilmış “UK 1909” adını alacaqdır.

Yeni avtomobil 19 nüsxədən ibarət olan məhdud sayda tirajla hazırlanacaqdır. Xüsusui seriyadan olan avtomobillərin xüsusiyyətləri arasında avtomobilin fərdi nömrəsini göstərən kişik bürünc lovhəciyin, avtomobilin ön hissəsindəki radiator barmaqlığının bürüncdən hazırlanmış millərinin və interyerinin tərtibatında istifadə edilən “yüksək kefiyyətli britaniya materiallarının” olmasıdır.

Üçtəkərli Morgan EV3 elektromobili bu il Cenevrədə keçirilən avtosalonda debüt etmişdir.  Elektromobil maye ilə soyudulan 62 at qüvvəsi olan elektromotorla və 20 kilovat/saat tutumu olan litium-ion batareyalar dəsti ilə təchiz edilmişdir. Avtomobil dolu batareyalarla 240 kilometr məsafə qət etmək iqtidarındadır.

Morgan EV3 elektrokarı 100 km/saat həddinə doqquz saniyəyə sürətlənir və 145 km/saat maksimal sürətə malikdir. Avtomobili istehsalına bu ilin dördüncü rübündə başlanılmalıdır.

Onun qiyməti 31 min funt-sterlinq olacaqdır.