The Wall Street Journal dərgisinin yaydığı xəbərdə Aston Martin və Red Bull Racing komandasının birgə layihəsi olan AM-RB 001 hiperkarının yerindən 320 km/saat sürətini 10 saniyəyə toplayacağı bildirilir. Bu sürətdən avtomobilin tam əylənməsi üçün beş saniyə vaxt tələb olunur.

Yeni hiperkarın çəkisi min kiloqrama yaxın olmalıdır. AM-RB 001 modeli atmosfer tipli V12 mühərriki və KERS sistemi ilə hərəkətə gələn ortamühərrikli kupe olacaqdır. Qeyri-rəsmi məlumata əsasən, güc qurğusunun ümumi gücü 1000 at qüvvəsi təşkil edəcəkdir. Hazırda yeddi litr iş həcmi olan bənzər mühərrik Aston Martin Vulcan trek superkarında quraşdırılmışdır ki, bu mühərrikin də gücü 800 at qüvvəsindən artıqdır. AM-RB 001 hiperkarının trek modifikasiyasının aerodinamikası 1814 kiloqram yerə basma qüvvəsi yaradacaq və döngələrdə 4G yüklənmələrə davam gətirəcəkdir.

Hiperkar Formula 1 bolidlərinin əyləc sisteminə bənzəyən əyləclərlə təchiz ediləcəkdir. Avtomobilin yaradıcıları iddia edirlər ki, AM-RB 001 hiperkarının Spa-Frankorşamps trekində göstərdiyi zaman WEC çempionatının boldiləri ilə eyni olacaqdır Hiperkarın hündürlüyünün 1000 millimetr təşkil edəcəkdir. Sürücü və sərnişinin oturacaqları maksimal olaraq bir-birinə yaxın yerləşdiriləcəkdir ki, bu da kiçik ölçülü kokpit sayəsində aerodinamik müqavimətin azaldılmasına xidmət edəcəkdir. Aston Martin 175 ədəd hiperkar istehsal etməyi nəzərdə tutur ki, bunlardan 25-i trek üçün hazırlanacaqdır.

Yeni hiperkarın qiyməti təxminən 3,3 milyon avro olmalıdır. AM-RB 001 modelinin istehsalına 2017-ci ilin sonlarında başlanmalıdır. Sifarişçilər avtomobili 2018-ci ildə alacaqdırlar.