Hyundai şirkəti RM16 hetçbekinin seriya variantını tam çəkiş sistemi ilə təchiz edə bilər. Bu barədə məlumatı Autoevolution nəşri tərəfindən verilmişdir. Ehtimallara görə, yeni avtomobil 2019-cu ildə debüt etməlidir. Əlavə olaraq, nəşr istehsalçının fikrini dəyişmək ehtimalının da olduğunu bildirmişdir.

Xatırladaq ki, Cənubi Koreyanın Pusan şəhərində keçirilən avtosalonda Hyundai şirkəti arxa çəkişli və ortamühərrikli RM16 N (Racing Midship 2016) hetçbekini təqdim etmişdir. Bu avtomobilin müxtəlif variantları artıq üç ildir ki, istehsalçı tərəfindən istehsal edilir. Sərgi çərçivəsində nümayiş etdirilmiş avtomobil, «qaynar» avtomobilləri hazırlayan «N» bölümünün texnologiyalarının sınaqdan çıxarılması üçün bir növ «eksperimantal laboratoriya» rolunu oynayır.

Belə texnologiyalardan biri də aktiv aerodinamikadır. İki yerlik konseptual sportkar 300 ay qüvvəsinə malik olan birbaşa çiləmə sistemili 2,0-litrlik turbomühərriklə və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir .Avtomobilin əsasını alüminiumdan hazırlanmış məkan raması təşkil edir ki, bu ramanın üzərinə karbon lifləri ilə gücləndirilmiş plastikdən olan kuzov panelləri bərkidilmişdir. Oxlar üzrə çəkinin bölüşdürülməsi arxa oxun xeyrinə 43:57 nisbətindədir. 

Hyundai şirkətinin bu avtomobildə tətbiq etdiyi yeni texnologiyalardan biri də elektrik ötürməli kompressordur. Bundan əlavə, hetçbek səsi tənzimlənən buraxılış sistemi, yüksək sürtünməli differensial və yol şəraitindən aslı olaraq hücum bucağını avtomatik dəyişən arxa spoyler ilə də təchiz edilmişdir. Konseptin salonunda güc aqreqatının işindən və döngələri qət etmə sürətindən asılı olaraq dəstək diyircəkləri tənzimlənən idman oturacaqları quraşdırılmışdır. Hetçbekin seriya variantının sınaqlarına oktyabr ayında başlanmışdır. Artıq cəsuslar Nürburqrinqdəki sınaqlar zamanı çəkilmiş fotoşəkilləri də dərc etmidirlər.