Alfa Romeo Giulia sedanı 350 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmiş Veloce adlı modifikasiyada buraxıla bilər. Bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində Squadra Tuning atelyesi məlumat yaymışdır.

Fiat Chrysler Automobiles ittifaqının avtomobillərinin təkmilləşdirilməsi ilə məşğul olan atelye FCA ittifaqının Niderlandiyadakı bölməsinin saytında aşkar etdiyi məlumata əsasən bu qənaətə gəlmişdir. Saytda dərc edilmiş müxtəlif avadanlığın siyahısında 2,0-litrlik dörd silindrli GME T4 mühərrikinin detallarının siyahısında 280 at qüvvəli mühərriklə yanaşı, bu aqreqatın 350 at qüvvəli variantı üçün nəzərdə tutulmuş detallar da yer almışdır. Böyük ehtimalla, 350 at qüvvəli mühərriklə təchiz edilmiş Alfa Romeo Giulia Audi və Mercedes-Benz şirkətlərinin oxşar modelləri ilə rəqabət aparacaqdır. Buna misal olaraq 354 at qüvvəli Audi S4 və 367 at qüvvəli Mercedes-AMG C43 modelini göstərmək olar. 

Bununla belə, hazırlanan yeni modifikasiya və onun debüt tarixi haqqında başqa bir məlumat yoxdur. Alfa Romeo Giulia ailəsindən olan avtomobillər 150 və 180 at qüvvəsi olan 2,2-litrlik dizel, həmçinin 200 at qüvvəsi olan 2,0-litrlik benzin turbimühərriki ilə təklif edilirlər. Əlavə olaraq, bu mühərrikin 280 at qüvvəli variantı ilə təchiz edilmiş «qaynar» Gilulia sedanı və 510  at qüvvəli «bərkgedən» Giulia Quadrifoglio Verde variantı da mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt