Airbus şirkəti bu ilin sonunda uçan pilotsuz taksilərin sınaqlarına başlamaq niyyətindədir. Bu barədə Business Insider nəşrinə verdiyi müsahibədə avialaynerlər istehsalçısının rəhbəri Toma Enders bildirmişdir.

Yeni tip hava nəqliyyatı vasitələrinin işlənib-hazırlanması ilə Airbus şirkətinin keçən il təsis etdiyi Urban Air Mobility şirkəti məşğuldur. Vahana adlandırılmış uçan taksi layihəsi keçən ilin oktyabrında təqdim edilmişdir. Bu layihə bir sərnişini və ya hər hansı bir yükü daşıya bilən drondan ibarətdir. Uçan maşın sərbəst olaraq havada olan digər obyektləri aşkarlayaraq çarpışmadan uzaqlaşa və yaxud pilotsuz uçuş üçün daha uğurlu marşrutu seçə bilər. Gələcəkdə şirkət, şaquli qalxma və enmədə yardım edən üfüqi pərləri olan daha iri tutumlu uçan taksiləri də hazırlamaq niyyətindədir. Uçan maşınlar layihəsi ilə həmçinin Toyota korporasiyası və Google şirkətinin banisi Larri Peyc də məşğuldurlar. Bu sayaq nəqliyyat vasitələti ilə məşhur olan şirkətlər AeroMobil (Slovakiya). Carplane (Almaniya) və Terrafugia (ABŞ) şirkətləridir.  Sonuncu, Transition və TF-X modellərinin layihəsini hazırlamışdır.

Image alt Image alt Image alt