Rumıniya polisinin avtomobil parkında Alfa Romeo Giulia sedanının «qaynar» variantı olan Giulia Veloce sedanı peyda olmuşdur. Sedanın rumın polisinin rənglərində olan təsvirini Facebook sosial şəbəkəsindəki Alfa Romeo World səhifəsində görmək olar. «Veloce» italyancadan tərcümədə “yeyin” deməkdir.

Alfa Romeo Giulia Veloce iki litrlik dörd silindirli turbomühərriklə hərəkətə gələcəkdir. Mühərrik 280 at qüvvəsinə və 400 Nm fırlanma anına malikdir. Bundan başqa Giulia, italyan istehsalçısının tarixində ilk dəfə tam olaraq alüminiumdən hazırlanmış dizel mühərriki ilə təchiz edilən ilk avtomobil olacaqdır.

Bu mühərrik 2,2-litrlik iş həcminə 210 at qüvvəsinə və 470 Nm fırlanma anına malikdir.

Mühərrikindən aslı olmayaraq, Giulia Veloce modeli təkmilləşdirilmiş Q4 tam çəkiş sistemi və ZF şirkətinin səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir.

Xatırladaq ki, bu Giulia modelinin polis "formasında" ilk vəzifəsi deyildir. Keçən il 510 at qüvvəli "bərkgedən" Alfa Romeo Giulia Quadrifoglio Verde sedanı italyan polisinin sıralarında xidmətə başlamışdır.