Məşhur italyan superkar istehsalçısı olan Pagani şirkəti rəsmi olaraq Huayra rodster modelini təqdim etmişdir. Markanın banisi olan Horasio Paqani, yeni avtomobilin onun bu günə qədər qatıldığı «ən mühəkkəb layihə» olduğunu bildirmişdir.

İtalyan şirkəti cəmi 100 ədəd Pagani Huayra Roadster modelinin buraxılacağını bildirmişdir. Hər birinin dəyəri 2,28 milyon avro olan superkarların bütün tirajı artıq satılmışdır. Rodster üçün kompozit materialların, karbonun və titanın xüsusi qarışığından hazırlanmış yeni monokok hazırlanmışdır. Yeni monokok sayəsində rodster modeli kupe kuzovlu superkardan 80 kiloqram daha az çəkiyə malikdir.

Pagani Huayra Roadster modelinin çəkisi 1280 kiloqrama bərabərdir.  Eyni zamanda, bütün konstruksiyanın sərtliyi 52% artmış, kuzovun burulmaya qarşı sərtliyi isə yüksəlmişdir.

Bununla belə, italyan markasının model xəttində ən yüngül avtomobil 1218 kiloqram çəkiyə malik olan Huayra BC «qaynar» kupesidir. 

Açıq kuzovlu Huayra modeli iki növ tavanla təklif edilir. Bunlardan biri mərkəzi hissəsi süsədən olan sərt tavandır. İkinci variant isə, qatlanmış halda avtomobilin baqaj bölümünə yığışdırılan karbondan karkası olan yumşaq tavandır. Şirkətdən bu variantlardan hər birinin yeyin və asanlıqla avtomobilə quraşdırmaq mümkün olduğunu bildirmişdir. Pagani Huayra Roadster modeli 6,0-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir.

Bu mühərrik 764 at qüvvəsi və 1000 Nm fırlanma anına malikdir. Güc aqreqatı, «qaynar» BC kupesindən alınmış yeddi pilləli robotlaşdırılmış Xtrac ötürmələr qutusu ilə birgə çalışır.

Rodsterin dinamik xüsusiyyətləri açıqlanmamışdır. 730 at qüvvəli Huayra kupesi 100 km/saat həddini 3,3 saniyəyə toplayır və 370 km/saat maksimal sürətə malikdir.

Bundan başqa, rodster xüsusi olaraq bu modifikasiya üçün hazırlanmış elementləri olan təkmilləşdirilmiş asmanı, 380-millimetrlik diskləri olan yeni Brembo karbon-keramik əyləc mexanizmlərini (öndə altı porşenli, arxada dörd porşenli), beş rejimi olan stabilləşdirmə sistemini, həmçinin öndə 20-düymlük, arxada isə 21-düymlük alüminium diskləri əldə etmişdir. Pagani Huayra Roadster superkarının kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt