Peugeot şirkətinin mart ayında keçiriləcək Cenevrə avtosalonunda Instinct Concept adlı konsept avtomobilini nümayiş etdirəcəyi barədə xəbər yayılmışdır.

Bu barədə məlumat və konseptin fotoşəkili Cenevrə avtosalonun rəsmi saytında dərc edilsə də, sonradan onlar saytdan silinmişdir. Lakin, internet istifadəçiləri futurustik konseptin şəklini vaxtında yükləyərək saxlamağa müvəffəq olmuşdurlar. Konseptin şəklinin dərc edilib sonradan silinməsi fransız istehsalçısının növbəti kələyi də ola bilər. Yəqin ki, fransizlar yeni konseptə olan diqqəti artırmaq istəyirlər. Bununla belə, konsept haqqında heç bir məlumat mövcud deyildir. Ehtimal edilir ki, Peugeot Instinct Concept hibrid və yaxud elektrik qurğusu ilə hərəkətə gələn nəqliyyat vasitəsidir və fransız markasının gələcək seriya modelindən xəbər verir. Çox güman ki, yaxın günlərdə konsept haqqında məlumat açıqlanacaqdır.