Beynəlxalq Cenevrə avtosalonunun başlanmasına bir neçə gün qalmış Peugeot şirkəti rəsmi olaraq Instinct Concept konseptual modelini təqdim etmişdir. Shooting Brake kuzovu almış konsept müasir “ağıllı” texnologiyalarla və hybrid güc qurğusu ilə təchiz edilmişdir.

Konseptin təqdimatı Barselonada keçirilən Mobile World Congress sərgisinin çərçivəsində baş tutmuşdur. Konsept futurustik dizayna malik olmaqla bərabər, əks tərəflərə açılan qapılarla və tam avtonom idarəetmə sistemi ilə təchiz edilmişdir.  Ehtimal edildiyi kimi, Peugeot Instinct Concept prototipi ekoloji cəhətdən təmiz olan nəqliyyat vasitəsidir. Prototip 300 at qüvvəsi olan hibrid güc qurğusu və tam ötürməli çəkiş sistemi ilə təchiz edilmişdir. Maili tavana malik olan universal içərisinə yola nəzarəti həyata keçirən kameralar quraşdırılmış mütərəqqi ön fənərlərlə təchiz edilmişdir. Konsept Autonomus adlı tam pilotsuz idarəetməni həyata keçirən sistemə də sahibdir. Sistem aktivləşən zaman sükan və pedallar qatlanır ki, beləliklə də salondakı məkan artmış olur. 

Drive rejiminin aktivləşməsi halında idarəetmə orqanları ənənəvi yerlərini tuturlar. Fransız markasının nümayəndələri xüsusi ilə avtomobilin oturacaqlarına diqqət yetirməyi təklif edirlər. Bu oturacaqlar aviasiya sənayesinin fəlsəfəsinə uyğun hazırlanmış,eyni zamanda, onun başlığı, kürək hissəsi və yastıqları fərdi tənzimlənmələrlə təchiz edilmişdir. Bundan başqa, prototipin salonunda fiziki düymələrdən də əsər əlamət qalmamışdır. Avtomobilin sistemlərinə nəzarət məlumat-əyləncə kompleksinin 9,7-düymlük sensorlu displeyi vasitəsi ilə həyata keçirilir.

Yeri gəlmişkən, bu prosesləri smartfonun köməyi ilə də uzaq məsafədən idarə etmək mümkündür. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt