Smart şirkəti ForFour modelinin «yolsuzluq» üçün nəzərdə tutulmuş variantını təqdim etmişdir. Crosstown adını almış modelin kütləvi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Smat ForFour Crosstown modelini təkər tağlarındakı qara müdafiə haşiyələrinə, ofroderlərin altının müdafiəsini xatırladan, bamperlərdə və kandarlarda quraşdırılmış gümüşü əlavələrə ayırd etmək olar. Bundan başqa, Crosstown 16-düymlük təkər disklərinə, idman sükan çarxına və pedalların üzərindəki metal əlavələrə sahib olmuşdur.

Avtomobil yalnız arxadan çəkişlə və 6-pilləli «robotla» çalışan 90 at qüvvəli 0,9-litrlik üç silindrli mühərrik ilə təchiz ediləcəkdir. Bir çox «yolsuzluq» avtomobillərində olduğu kimi, Crosstown modelinin klirensi artırılmamışdır. Bunun tam əksinə olaraq, yığcam şəhər avtomobili hündürlüyü 10 millimetr azaldılmış asma ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt