Koenigsegg şirkəti Cenevrədə unikal avtomobil göstərəcəyi barədə bəyanat vermişdir. Bu Gryphon indeksini almış Agera RS hiperkarıdır. Nadir hiperkar 1360 at qüvvəli mühərriklə və 24--karatlıq qızıldan işləmələrlə seçiləcəkdir.

Xüsusi Agera RS hiperkarı iş adamı və avtomobil kolleksiyaçısı olan Münni Hoşbinin sifarişi ilə hazırlanmışdır. O, kuzovunu rənglənməmiş karbondan hazırlanmasını və Koenigsegg emblemi də daxil olmaqla bir neçə elementlərə qızıl əlavə etmək arzusunda olduğunu bildirmişdir. Bu elementlər arasında kuzovdakı dekorativ zolarlar və aerodinamik kuzov parçaları da var. Eyni zamanda, qiymətli metall ilə müştəri üçün xüsusi olaraq hazırlanmış karbondan dəbliqə, həmçinin avtomobilin alkantara və karbon ilə tərtib edilmiş salonu da işlənmişdir. Hoşbin hiperkarı bir meqavattlıq iki turbokompressorlu V8 mühərriki ilə sifariş etmişdir. 

Bu mühərrik One: 1  hiperkarına quraşdırılır ki, onun çəkisi ilə gücünün nisbəti 1:1 səviyyəsindədir. Unikal Agera modelinin çəkisi 1395 kiloqramdır. Bundan başqa, Koenigsegg şirkəti Cenevrəyə Regera modelinin ilk seriya variantlarını da gətirəcəkdir.  1500 at qüvvəsi gücündə aqreqata malik olan hiperkar 300 km/saat həddinə 10 saniyəyə sürətlənir. Regera hiperkarına 400 km/saat həddinə sürətlənməyə isə 20 saniyə tələb olunur.

Eksteryerin və interyerin tərtibatı ilə fərqlənən avtomobillər markanın müştərilərinin sifarişi ilə hazırlanmışdırlar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt