Bugatti şirkəti ilk müştərilərnə Chiron hiperkarlarının üç nüsxəsini təhvil vermişdir. Bu avtomobillərin yığılması prosesi və hazırlanması əks etdirilmiş xüsusi videoçarx da istehsalçı tərəfindən yayımlanmışdır. Bu il cəmi 70 ədəd Bugatti Chiron hiperkarı istehsal ediləcəkdir.

Bugatti Chiron hiperkarı keçən ilin fevral ayında debüt etmişdir. Hiperkar tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır. Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır. Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir. Artıq şirkətdən  verilən məlumata görə, buraxılacaq avtomobillərin yarısı satılmışdır.