Cadillac CTS sedanları bir-biri ilə ünsiyyət quracaqlar

Cadillac şirkəti 2017-ci ilin CTS sedanlarını avtomobillərin ünsiyyət sistemi ilə təchiz etməyə başlamışdır. Bu sistem sayəsində avtomobil sahibini irəlidə olan təhlükələr barədə xəbərdar edəcəkdir.

Elektronika daimi olaraq hərəkət sürətinə, istiqamətə, avtomobil mövcud olduğu məkana, həmçinin trekşn-konrol ilə ESP sistemi də daxil olmaqla təhlükəsizlik sistemlərinə nəzarəti həyata keçirir. Təhlükə yaranan an avtomobil 5,9 HHz tezliyində ismarıclar göndərəcəkdir. Avtomobillər bir-biri ilə məlumat mübadiləsini 300 metrlik məsafədə apara bilərlər. Cadillac CTS saniyədə 1000 belə ismarıc göndərmək imkanına malikdir.

2017-ci ilin Cadillac CTS sedanının baza variantı 268 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə təchiz edilir. Cadillac CTS modeli top variantı isə 335 at qüvvəsi gücü olan 3,6-litrlik altı silindirli mühərrik ilə təklif olunur.

CTS modelinin “bərkgedən” variantları olan Cadillac CTS Vsport və CTS-V modifikasiyaları 420 at qüvvəli mühərriklə komplektləşdirilir. 

ДРУГИЕ СТАТЬИ