Bu gün Motor1.com saytı güclü kamuflyaja bürünmüş iri ölçülü Subaru krossoverinin cəsus fotoşəkillərini dərc etmişdir. Çox güman ki, yeddi yerlik salona malik olan ofroderin satışlarına gələn il start veriləcəkdir.

Artıq bir müddətdir ki, yapon istehsalçısının iri ölçülü krossover buraxcağı barədə söz-söhbətlər səngimək bildir. Bu günə qədər şirkətin bu sahədə çalışdığını sübut edən hər hansı bir prototip qarşımıza çıxmamışdı. Artıq əminliklə belə bir avtomobilin seriyaya gedəcəyini söyləmək olar.

Hal-hazırda yeni avtomobilin necə adlandırılacağı barədə heç bir məlumat yoxdur. Bununla belə, istehsalçının yeni krossoverə Tribeca adını verəcəyi istisna olunmur. Lakin, bu barədə rəsmi məlumat verilməmişdir. Eyni zamanda, bu il Subaru şirkəti Ascent adını da qeydə almışdır ki, onun da yeddi yerlik krossover üçün nəzərdə tutulduğu söylənilir.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, yeni yeddi yerlik krossover Viziv-7 Concept konseptual krossoverinin dizayn üslubunda eksteryerə malik olacaqdır. Avtomobil texniki hissəsi barədə məlumat verilməsə də, onun firma tam çəkiş sistemini və dörd silindrli oppozit mühərrikini əldə edəcəyi şübhə doğurmur. Bundan başqa, model üçün yeni altı silindrli mühərrikin də hazırlanacağı elan edilmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt