eBay hərracında Tesla Model X krossoverinin satışı barədə maraqlı elan yerləşdirilmişdir. Elanda T Sportline atelyesi tərəfindən hazırlanmış avtomobilin Bentley Red adlandırılan salona sahib olduğu barədə məlumat verilmişdir. Elektrokrossoverin satış qiyməti 180 min dollar təyin edilmişdir

Elanda həmçinin P90D modifikasiyalı krossoverin 144 min dollara satın alındığı qeyd olunmuşdur.

Bu modelin baza variantının qiyməti 115,5 min dollar təşkil etsə də, onun sahibi, salonun dəri və karbonla tərtibatı, maksimal sürət həddini artıran Ludicrous Speed dəsti, avtopilot, «isti» opsiyalar dəsti də daxil olmaqla bir neçə əlavə avadanlığı sifariş etmişdir. Bununla belə, avtomobilin sonradan təkmilləşdirilməsinə 60 min dollar xərclənmişdir. Tünerlər avtomobilin xrom elementlərini vinil ilə örtmüş, 22-düymlük MX5 döymə disklərini quraşdırmış, şüşələri tünləşdirərək kuzov dəstinə karbon elementləri əlavə etmişdirlər. Krossoverin əsas çəhətlərindən biri salonun qırmızı rəngli dəri ilə tam üzlənməsi və karbon işləməli sükan çarxının mövcudluğudur.

Həmçinin elektrokar Rockford Fosgate audiosistemi ilə də təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt