SsangYong şirkəti yeni nəsil Rexton ofroderinin ilk rəsmi fotoşəkillərini yaymışdır. Bayraqdar modelinin ilk təqdimat mərasimi 30 mart tarixində Seulda keçiriləcəkidir.

Yeni avtomobilin qabarit uzunluğu 4850 millimetr, eni - 1920 millimetr, hündürlüyü - 1800 millimetr, təkər bazasının uzunluğu isə 2864 millimetr təşkil edir. Ofroder, onu sələfindən daha möhkəm və yüngül edən ramalı konstruksiyaya sahib olmuşdur. İki model arasındakı çəki fərqi təxmini 50 kiloqram edir. Yeni ofroderin 225 at qüvvəli iki litrlik benzin turbomühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə təklif ediləcəyi ehtimal olunur.

SsangYong Rexton modelinin dizel variantı isə 2,2-litrlik 181 at qüvvəli aqreqatla və Mercedes-Benz istehsalı olan yeddi pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəyi söylənilir. Ofroder arxadan və tam çəkiş sistemləri ilə təklif ediləcəkdir.

Rexton modelinin təchizatına öndən toqquşmaları xəbərdar edən sistem, hərəkətin sıralılığına nəzarət və dairəvi gürüntü sistemləri, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və 9,2-düymlük ekranı olan multimedia sistemo daxil olacaqdır. Yeni SsangYong Rexton modelinin Cənubi Koreyadakı satışlarına aprel ayında start veriləcəkdir. Avtomobilin digər bazarlarda satışına ilin sonunda başlanılmalıdır.

Image alt Image alt Image alt