Bu il Chevrolet şirkəti əfsanəvi Corvette modelinin 65 illik yubileyini qeyd edir. Bu münasibətlə istehsalçı Corvette modelinin xüsusi Carbon 65 Edition modifikasiyasını hazırlamışdır. Yubiley avtomobilləri bir neçə gündən sonra fəaliyyətinə start veriləcək Nyu-York avtosalonunda nümayiş etdiriləcəkdirlər.

Eksklyuziv seriyadan olan avtomobillər Corvette C7 modelinin bazasında hazırlanmışdır. Xüsusi seriyanın tirajı 650 nüsxə ilə məhdudlaşdırılmışdır. Corvette Carbon 65 Edition modeli Grand Sport 3LT və Z06 3LZ variantlarında sifariş etmək mümkündür. Chevrolet Corvette Carbon 65 Edition modeli karbondan hazırlanmış aerodinamik kuzov parçalarına və Ceramic Matrix Gray adlı eksklyuziv rəngə sahib olmuşdur.

Avtomobilin interyerində yeni sükan çarxını və karbondan işləmələri müşahidə etmək olar. Bundan başqa, xüsusi seriyadan olan avtomobillər kuzovun unukal qrafikaya, qara rəngli təkər diskləri dəstinə, göy rəngli supportlara, idman oturacaqlarına, xüsusi emblemlərə və xüsusi seriyanın adı həkk edilmiş kandar lövhəciklərinə sahib olacaqdırlar. Yubiley dəstinin qiyməti 15 min dollar məbləğində qiymətləndirilmişdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt