Citroen şirkəti gələn həftə işinə başlayacaq Şanxay avtosalonunda C5 Aircross krossoverini nümayiş etdirəcəkdir. İlkin olaraq yeni model yalnız Çin bazarında satılacaqdır. Krossoverin Avropa bazarı üçün nəzərdə tutulmuş variantı isə, payızda keçiriləcək Frankfurt avtosalonunda nümayiş etdiriləcəkdir.

Yeni modelin istehsalına artıq Renndəki zavodda start verilmişdir.

Bu müəssisənin yeni modelin buraxılışına hazırlamaq üçün 100 milyon avro sərmayə qoyulmuşdur. Krossover “iki mərtəbəli” ön işıq texnikasina, relyefli kapota, qapılardakı kauçuk əlavələrə malikdir. Avtomobilin interyeri də eksteryeri kimi maraqlı üslubda tərtib edilmişdir.

Salonda virtual cihazlar panelini, 8 düymlük sensorlu ekranı olan multimedia sistemini görmək olar. 

Modelin opsiyalar siyahısına adaptiv kruiz-kontrol, avtomobili zolaqda saxlama funksiyası, kor zonalara nəzarət, yol nişanların aşkarlanması, avtomatik dayanacaq sistemi və sürücünün vəziyyətinə nəzarət funksiyası daxil edilmişdir.

Citroen C5 Aircross modeli öndən çəkişli olacaqdır.

Avtomobil 130 at qüvvəli 1,2-litrlik Pure Tech, 165 at qüvvəli 1,6-litrlik THP benzin mühərrikləri, həmçinin 115 və 135 at qüvvəli 1,5-litrlik BlueHDi və 180 at qüvvəli 2,0-litrlik BlueHDi dizel güc aqreqatları ilə təklif ediləcəkdir. Modifikasiyasından asılı olaraq, krossover altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt