Lexus şirkəti Şanxayda keçirilən avtosalonda NX modelinin yenilənmiş variantını təqdim etmişdir. Yığcam krossover bir sıra kosmetik dəyişikliklərə məruz qalmışdır.

Yenilənmiş Lexus NX restaylinqdən öncəki variantda yeni radiator barmaqlığı və işıqdiodlarından hazırlanış ön işıq texnikası ilə seçilir. Bundan başqa, avtomobilinön hava girişlərinin və duman əleyhinə fənərlərinin forması da dəyişdirilmişdir. Arxa tərəfdəki yeniliklər təkmilləşdirilmiş qabarit işıqlarından, yeni aerodinamik qanaddan və əlavə xrom elementlərindən ibarətdir. Əlavə olaraq, krossover üçün 18-düymlük təkər disklərinin  yeni variantları da təklif edilir. Lexus NX modelinin ən ucuz variant NX 200t modelini əvəz edəcək NX 300 modifikasiyası olacaqdır. Əlçatan modifikasiya sələfi kimi 2,0-litrlik dörd silindrli benzin mühərriki ilə təchiz ediləcəkdir.

Modelin hybrid variant olan NX 300h modifikasiyası tərkibinə 2,5-litrlik mühərrik daxil olan güc aqreqatını qoruyub saxlamışdır. Güc aqreqatlarının xarakteristikalarında heç bir dəyişiklik olmamışdır.

Eyni zamanda, yenilənmiş krossover ciddi şəkildə təkmilləşdirilmiş asqı sistemi ilə də təchiz edilir. Yapon istehsalçısının bildirdiyinə görə, yenilənmiş asqı avtomobilin hərəkət xarakteristikalarının yaxşılaşdırmasına xidmət edir.

Onlar yenilənmiş asqıda LC  kupesindən alınmış detallardan istifadə edildiyini bildirmişdirlər. Əvvəlki kimi avtomobil F Sport modifikasiyasında da təklif ediləcəkdir ki, bu variant da xüsusi təkər disklərinə, eksteryer və interyerin unikal tərtibatına malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt