Lotus şirkəti Exige sportkarının yeni variantını təqdim etmişdir. Lotus Exige Cup 380 adını almış sportkardan 60 ədəd istehsal ediləcəkdir. Lotus şirkətindən bildirildiyinə görə, hər bir avtomobil kolleksiya əhəmiyyətinə malikdir.

Avtomobilin konstruksiyasında karbondan geniş istifadə edilmişdir. Bunun sayəsində sportkarın çəkisi 1057 kiloqram edir ki, bu da adi Exige modelində olduğundan 62 kiloqram azdır. Eyni zamanda, yeni modifikasiya ümumi yollarda istismarına icazə olmayan Lotus Exige Race 380 trek variantından 59 kiloqram ağırdır. Əlavə ödənişlə çəkiyə 10 kiloqram qənaət edəcək titandan hazırlanmış buraxılış sistemini də quraşdırmaq mümkündür. Ön splitter və arxa antiqanad da daxil olan kuzovun əlavə elementləri yerəbasma gücünü 200 kiloqram artırmağa imkan verir ki, bu da Sport 380 variantında olduğundan 43 faiz çoxdur.

Bundan başqa, Cup 380 modelinin arxa təkərləri  (+20 millimetr) daha enlidir – 18-düymlük təkər diskləri 285/30 ölçülü şinlərlə təchiz edilmişdir. 

Sportkar həmçinin tənzimlənən trekşn-kontrola, dörd rejimi olan stabilizasiya sisteminə, tənzimlənən amortizator, köndələn dayanıqlılıq stabilizatoruna və dörd porşünli AP Racing əyləc mexanizmlərinə sahib olmuşdur. Lotus Exige Cup 380 modeli 3,5-litrlik mexaniki kompressoru olan altı silindrli mühərrik və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Yerindən 60 mil/saat (96 km/saat) həddinə sportkar 3,4 saniyəyə sürətlənir. Onun maksimal sürəti 282 km/saata bərabərdir. Avtomobilin satış qiyməti 83 min funt sterlinq (177 min manat) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt