Audi şirkətinin Q4 krossoverini təqdim etməməsinə baxmayaraq, xarivi KİV-lər krossoverin «qaynar» variantı olan Q4 RS modifikasiyası haqqında məlumatı dərc etmişdirlər. Məlumata əsasən, Audi Q4 RS modeli 2019-cu ildə debüt edəcək və 400 at qüvvəsi gücü olan mühərrikə sahib olacaqdır.

Bu barədə məlumatı alman istehsalçını rəhbərliyindəki mənbəyinə istinadən nüfuzlu AutoBild dərgisi yaymışdır. Alman nəşrinin əldə etdiyi məlumata görə, artıq Q4 RS layihəsinə «yaşıl işıq» yandırılmışdır. Yeni avtomobil satışa 2019-cu ilin sonlarında çıxarılacaqdır.

Eyni zamanda, insayderlər avtomobilin texniki «içalatı» barədə də məlumatı əldə etmişdirlər. «Qaynar» krossover hazırda Aud RS3 və TT RS modelinin təchiz edildiyi 2,5-litrlik beş silindrli turbomühərriklə təchiz ediləcəkdir. Bu mühərrik 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil etməyə qadirdir. 

Lakin, alman nəşrinin mütəxəssisləri avtomobilin debütü etməsinə qədər bu mühərrikin xarakteristikalarının dəyişəcəyini də istisna etmirlər.

İstənilən halda, Audi Q4 RS modeli quattro tam çəkiş sisteminə və təkmilləşdirilmiş S-tronic iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna sahib olacaqdır. Çox güman ki, alman istehsalçısı Audi Q4 krossoverinin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantını da təklif edəcəkdir.

Yəqin ki, hibrid krossover A3 e-tron modelinin təchiz edilidiyi 207 at qüvvəli hibrid güc aqreqaı ilə təchiz olunacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt