Arctic Trucks şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış Hyundai Santa Fe krossoveri 30 gün müddətində Antarktidanı bir ucundan digər ucuna qədər qət etmişdir.

Ser Ernest Şekltonun 1914-1916-cı illərdə keçirdiyi transantarkantik ekspedisiyasının 100 illik yubileyinə hər edilmiş bu ekspedisiya keçən ilin dekabrında baş tutmuşdur. Avtomobil ümumi uzunluğu 5800 kilometr olan məsafəni keçmişdir.

Ernest Şekltonun nəticəsi olan Patrik Bergel Hyundai Santa Fe krossoverinin sükanı arxasında Yunion Kəmp (Union Camp) antarktik stansiyasından Mak-Muro (McMurdo) stansiyasına qədər olan məsafəni qət etmişdir.

Beləliklə, Cənubi Koreyadan olan krossover planetimizin cənub qitəsini keçmiş olan ilk seriya avtomobili olmuşdur.

Bu unikal və ekstremal yürüş zamanı havanın temperaturu Selsi üzrə mənfi 28 dərəcədən aşağı enmişdir. Arctic Trucks şirkəti avtomobilin minimal dəyişikliklərə məruz qaldığını bildirilmişdir. Krossoverin kapotunun altında adi 2,2-litrlik dizel mühərriki yerləşirdi. Santa Fe modelinin bütün qurğuları demək olar ki, zavoddan çıxanlardır.

Lakin, çətin yolsuzluq şəraitini dəf etmək üçün krossover xüsusi aşağı təzyiqli şinlərlə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt