Mazda şirkəti yeni krossover buraxacağını rəsmi olaraq təsdiqləmişdir. Mazda CX-8 adlanacaq krossover üç oturacaq cərgəsinə malik olacaqdır. Bu məlumatı yapon istehsalçısının dərc etdiyi tizer də təsdiqləyir.

Ölçülərinə görə yeni krossover Mazda CX-9 modelindən bir qədər kiçik olacaqdır.

Onun qabarit uzunluğu 4900 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1730 millimetr təşkil edəcəkdir. Beləliklə, CX-8 modeli Mazda CX-9 krossoverindən 175 millimetr qısa, 129 millimetr ensiz və 17 millimetr alçaq olacaqdır. Bununla belə, hər iki avtomobilin təkər bazası 2930 millimetrə bərabərdir. Mazda CX-8 modeli 2,2-litrlik dörd silindrli dizel mühərriki və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Model həmçinin benzin mühərrikləri və tam çəkiş sistemi ilə də təchiz ediləcəkdir. Yapon istehsalçısı Mazda CX-8 modelinin yalnız Yaponiya bazarında satılacağını bildirmişdir.

Bununla belə, sonradan Mazda rəhbərliyinin planlarının dəyişəcəyinə ümid etmək də olar.