JL Wrangler Forum nəşrinin sərəncamına əfsanəvi Jeep Wrangler modelinin yeni nəslinin təqdimat mərasimi barədə məlumat daxil olmuşdur. Portalın məlumatına görə, avtomobil geniş kütlə qarşısında sentyabr ayında göstəriləcəkdir.

Bununla belə, yeni ofroder ilə maraqlananlar, artıq bu ilin payız aylarınıdan başlayaraq sifarişlərini yerləşdirə bilərlər.

Yeni modelin istehsalının bu ilin noyabr ayının 13-ü tarixində başlanacağı da məlum olmuşdur. Eyni zamanda, amerikan istehsalçısının köhnə və yeni nəsil ofroderlərinburaxılışının  parallel şəkildə aparacağı da bildirilir. Bir müddət sonra isə, Jeep şirkəti modelin istehsalını saxlayaraq Jeep Wrangler Pickup (JT indeksli) pikapının buraxılması üçün istehsal gücünün modernləşdirilməsini aparacaqdır.

Yeni model səkkiz pilləli avtomaik ötürmələr qutusu, tam şəkiş sistemi, Pentastar və Hurricane ailəsindən olan benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir.